“Paris NN” klubunun yarımmüdafiəçisi Edqar Sevikyan Rusiya millisinin Ermənistan millisində oynamaq dəvətindən imtina etdiyini bildirib, klubun mətbuat xidməti xəbər verir.
“Sizə bildirməliyəm ki, Rusiya millisinə dəvəti qəbul edə bilməyəcəm, çünki mən artıq Ermənistan millisində oynamaq qərarına gəlmişəm. Bir daha Rusiya millisinin məşqçilər korpusuna etimada görə təşəkkür edirəm”, - Sevikyan bildirib.
22 yaşlı Sevikyan 2022-ci ildən Paris NN-də çıxış edir. O, klubda 16 oyun keçirib, 1 qol vurub.
Beynəlxalq Futbol Federasiyası (FIFA) və Avropa Futbol Assosiasiyaları İttifaqı (UEFA) 2022-ci ilin yazında Rusiya millisini, eləcə də bütün Rusiya klublarını bu təşkilatların nəzarətində olan bütün yarışlarda iştirakdan kənarlaşdırmaq qərarına gəlib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.