Moskvanın “Dinamo” futbol klubunun qapıçısı İqor Leşçuk Rusiya və ABŞ-dakı qızların gözəlliyini müqayisə edib. O, fikirlərini Sport24-lə bölüşüb.
“Əlbəttə, rus qızları daha gözəldir. Mən heç vaxt gözəl amerikalı qadınlarla tanış olmamışam. ABŞ-da yaraşıqlı qızlar var, amma onlar başqa ölkələrdən ştatlara gəliblər”, - deyə futbolçu bildirib.
Leşçuk mavi-ağların yetirməsidir və 2017-ci ildə əsas komandada debüt edib.
Bu mövsüm 27 yaşlı qolkiper Rusiya Premyer Liqasında (RPL) 7 oyun keçirib, 6 qol buraxıb. O, Rusiya kubokunun oyunlarında da meydana çıxıb. Qapıçı mümkün yeddi oyundan dördündə meydana çıxıb, səkkiz qol buraxıb.
RPL-in 18 turundan sonra 32 xalla "Dinamo" turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. İkinci pillədə qərarlaşan Sankt-Peterburq “Zenit”inin aktivində dörd xalı var. “Krasnodar” liderdir (38 xal).
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.