Tbilisi "Saburtalo"su adını dəyişə bilər. Bu barədə klub rəhbərliyi bildirib. Yaxın vaxtlarda bu məsələ Gürcüstan Futbol Federasiyasının icraiyyə komitəsinin iclasında müzakirə olunacaq.
Gürcüstanda “Saburtalo” futbol klubunun adı dəyişdirilə bilər. Bu barədə onun prezidenti Tariel Xeçikaşvili məlumat verib.
O, klubun yeni adının “İberiya 1999” olacağını vurğulayıb.
Klub prezidenti adda “1999” rəqəminin niyə yer alacağını da açıqlayıb. Onun sözlərinə görə, bu, komandanın hazırda dördüncü divizionda çıxış edən İberiya 2010 klubu ilə səhv salmaması üçün edilir.
“Futbol Federasiyasının İcraiyyə Komitəsi adın dəyişdirilməsini müzakirə edib və müsbət cavab olarsa, biz yeni mövsümdə “Iberia 1999” adı ilə çıxış edəcəyik və bu adla avrokuboklarda iştirak edəcəyik” - "Saburtalo"nun prezidenti bildirib.
Xatırladaq ki, “Saburtalo” FK 1999-cu ilin yayında yaradılıb. Komanda ötən mövsümü 51 xal toplayaraq 6-cı yerdə başa vurub.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.