Səudiyyə Ərəbistanının Ət-Taif şəhərində məhv edilən pilotsuz uçuş aparatının (PUA) qalıqlarının düşməsi nəticəsində bir nəfər ölüb.
Bu barədə Səudiyyə Ərəbistanının Mülki Müdafiə Baş İdarəsinin "X" sosial şəbəkəsindəki hesabında paylaşım edilib.
Mülki Müdafiə İdarəsinin rəsmi nümayəndəsi bildirib ki, sentyabrın 17-si Yəmənin husi hərəkatı tərəfindən buraxılan PUA-nın məhv edilməsindən sonra onun qalıqları Ət-Taifə düşüb.
Nəticədə Yəmən vətəndaşı ölüb, bir Səudiyyə Ərəbistanı və bir Pakistan vətəndaşı isə yaralanıb. Pakistan vətəndaşının vəziyyəti ağır qiymətləndirilir.
Bundan əlavə, bir sıra binalara və nəqliyyat vasitələrinə maddi ziyan dəydiyi qeydə alınıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.