Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər.
Kişilərdən ibarət komanda II turda Filippinlə üz-üzə gələcək.
Qadınlardan ibarət kollektiv isə Danimarka ilə qarşılaşacaq.
Təmsilçilərimiz I turda müvafiq olaraq Mərakeş və Qvatemala yığmalarına 4:0 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarətdir və sentyabrın 27-də başa çatacaq. Turnirdə 208 komandanın heyətində 1032 şahmatçı iştirak edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.