AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xırdalanda partlayış: 19 yaşlı qız həyatını itirib

  • + A
  • - A
  • Bu gün, 10:18

    Xırdalanda partlayış: 19 yaşlı qız həyatını itirib

    Xırdalan şəhərində baş verən partlayış nəticəsində 19 yaşlı Xədicə Mustafayeva həyatını itirib.

    Məlumata görə, hadisə Xədicə Mustafayevanın həyətdə əl qumbarası ilə ehtiyatsız davranması zamanı baş verib.

    Hadisə şahidi bildirib ki, partlayış nəticəsində gənc qızın əl, qarın və baş nahiyələrinə ciddi xəsarətlər dəyib. O, qardaşı tərəfindən xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

    Qonşuların sözlərinə görə, əl qumbarası ailənin yaşadığı evdə olub və qardaşlardan biri tərəfindən gizlədilib. Xədicə Mustafayevanın həmin gün qumbaranı tapdığı və onunla ehtiyatsız davranarkən partlayışın baş verdiyi bildirilir.

    Hadisə ilə bağlı Abşeron Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb, ibtidai istintaq aparılır.

    Qeyd edək ki, Xədicə Mustafayeva kikboksinqlə məşğul olub və müxtəlif turnirlərdə qalib gəlib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR