AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

1-ci sinfə qəbul necə aparılacaq - RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 16-06-2020, 21:01

    1-ci sinfə qəbul necə aparılacaq - RƏSMİ AÇIQLAMA


    Ərazi prinsipinin tətbiq edildiyi məktəbləri seçən və həmin məktəbin aid olduğu ərazidə qeydiyyatda olmayan valideynlərin övladlarının birinci sinfə qəbulu ilə bağlı etdiyi müraciətlər zamanı məktəbə üstünlük hüququ olanlar qəbul edilirlər.

    AzadMedia.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini İlhamə Abdullayeva deyib.

    Onun sözlərinə görə, əgər uşağın qardaş və ya bacısı həmin məktəbdə oxuyursa, yaxud valideyni həmin məktəbdə işləyirsə, ona üstünlük hüququ veriləcək:

    “Uşaq bu üstünlük hüquqlarından birinə malikdirsə, o məktəbə yerləşdiriləcək. Malik olmadıqda isə yaxınlıqdakı başqa məktəbə yerləşdirmə təklif ediləcək. İyul ayından sonra üstünlük hüqunun nəzərə alındığı məktəblərdə boş yerlər qalarsa, valideyn növbəyə yazıla bilər. Sistem ona məlumat verəcək ki, bu məktəbdə boş yer qalıb. Bundan sonra valideyn həmin məktəb üçün elektron sorğu yerləşdirə bilər”.

    1-ci sinfə qəbul necə aparılacaq - RƏSMİ AÇIQLAMA


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR