Vilayət Eyvazovdan yeni TƏYİNAT
Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.
Azadmedia.Az-ın məlumatına görə, bu barədə nazir, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.
Əmrə əsasən, Baş Dövlət Yol Polis İdarəsi, Yol Patrul Xidməti Alayının 6-cı tağımının (Qaradağ postu) komandiri, polis mayoru Aqil Məmmədov vəzifəsindən azad edilib.
O, BDYPİ, Yol Patrul Xidməti Alayının 8-ci tağımına (Yevlax postu) komandir təyin olunub.
Nazirin digər əmri ilə Yevlax postunun komandiri, polis mayoru Etibar İbrahimov da vəzifəsindən azad edilərək, Qaradağ postuna komandir vəzifəsinə təyinat alıb.