Zeynalov: Bu şəxslər poliklinikaya getməsin!
Biz unutmayaq ki, insanların xəstəlikləri təkcə koronavirusdan ibarət deyil.
AzadMedia.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin aparatının rəhbəri Nadir Zeynalov Operativ Qərargahın bugünkü brifinqində deyib:
"Müraciətlərin idarə olunması üçün Səhiyyə Nazirliyinə öhdəliklər verilib. Əgər kimsə özündə simptom hiss edirsə, poliklinikaya yaxınlaşmasın, o digər şəxsləri də yoluxdura bilər. Sahə həkiminə xəbər verib, COVID-19 məntəqələrindən yaxınlaşıb,həmin şəxsi test edə bilərlər.
Xəstənin əlamətləri yüngüldürsə, onun müalicəsi sahə həkiminin nəzarəti altında aparılacaqdır. Xəstənin vəziyyəti ağırlaşdığı zaman təcili yardıma xəbər verdikdən sonra onu müvafiq pandemiya xəstəxanalarına köçürüləcəkdir".
O bildirib ki, koronavirus yüksək ötürücülük qabiliyyətinə malikdir: "Özündə əlamət hiss edən insan poliklinikaya yaxınlaşdığı zaman onu müvafiq məntəqəyə yönləndirib, test edəcəklər və xüsusi nəqliyyat vasitəsi ilə evinə çatdırılacaqdır"