AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənilər beynəlxalq qanunları pozaraq xəstəxananı hədəf alıb

  • + A
  • - A
  • 15-07-2020, 11:21

    Ermənilər beynəlxalq qanunları pozaraq xəstəxananı hədəf alıb



    “Ermənistan ötən gün Cenevrə konvensiyasının 18-ci maddəsini pozaraq Tovuzun Mərkəzi Xəstəxanasını hədəf alıb”.

    “Report”un cəbhə bölgəsinə ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib.

    Ombudsman xatırladıb ki, həmin maddədə münaqişə tərəflərinin heç bir halda mülkü yaşayış yerlərini, xəstəxanaları hədəf almamaları qeyd olunub:

    “Əfsus ki, Ermənistan bu dəfə də beynəlxalq qanunları pozub və hazırda biz bunu müşahidə edirik”.

    S.Əliyeva qeyd edib ki, buna qəti etiraz edilir və bu barədə müvafiq beynəlxalq qurumlar ən qısa zamanda məlumatlandırılacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR