AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkilləri Məşhur Məmmədov və Qənirə Paşayeva şəhid Rəşad Mahmudovun evini ziyarət ediblər

  • + A
  • - A
  • 3-08-2020, 20:46

    Millət vəkilləri Məşhur Məmmədov və Qənirə Paşayeva şəhid Rəşad Mahmudovun evini ziyarət ediblər

    Millət vəkilləri Qənirə Paşayeva, Məşhur Məmmədov və “Regional Hüquqi və İqtisadi Maarifləndirmə” İctimai Birliyinin (RHİM İB) sədri Arzu Bağırova, 13 iyulda Tovuzda düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuş baş leytenant Rəşad Rəşid oğlu Mahmudovun Biləsuvarın Aşağı Cürəli kəndindəki evini ziyarət ediblər.

    AzadMedia.az xəbər verir ki, Qənirə Paşayeva şəhid baş leytenantın ailə üzvləri ilə söhbətində duyğularını, fikirlərini belə ifadə edib:

    "Müqəddəs Qurban bayramı günlərində şəhid zabitimizin evində olmaq, ailəsini ziyarət etmək onların borcudur və dövlətimiz də daim şəhid ailələrinin yanındadır, onların qayğılarını çəkir. Tovuz istiqamətində 12 iyuldan başlayan ağır döyüşlərdə bizim hərbi bölmələrimizin dəqiq atəşi ilə düşmənin dayaq məntəqəsi, artilleriya qurğuları, hərbi avtomobil texnikası və canlı qüvvəsi məhv edildi. Düşmənin verdiyi itkilərdə, döyüş mövqelərimizin qorunmasında Rəşad Mahmudovun bir zabit kimi xidmətləri var. O, bu ailədə böyüyüb, boya-başa çatıb, onun tərbiyəsi, Vətənə bağlılıq hissləri, əlbəttə ailəsindən başlayıb. müqəddəs Qurban bayramı günlərində şəhid zabitimizin evində olmaq, ailəsini ziyarət etmək, bizimçün əlamətdardır".

    Aktiv döyüşlər gedən günlər Tovuzda olduğunu xatırladan millət vəkili vurğulayıb ki, hərbçilərimizin hər birinin yüksək vətənpərvərliyini, dönməzliyini görmək çox qürurvericiydi:

    "O günlər yaşananlar, hərbçilərimizin əziz canlarını Vətən uğrunda qurban vermələri, göstərdikləri şücaətlər xalqımız tərəfindən unudulmayacaq. Ruhuna minnətdar olduğumuz şəhidlərimizin ailələri bizimçün həmişə əziz olacaqlar”.

    Qənirə Paşayeva Tovuz döyüşlərinin bir çox həqiqətləri üzə çıxardığını, o cümlədən xalq-ordu, xalq-dövlət birliyinin necə sarsılmaz olduğunu bir daha bariz şəkildə göstərdiyini də bildirib. Millət vəkili gənc hərbçilərimizin cəsurluğunu, qorxmazlığını, əcdadlarımızın tarixi ənənələri, hərbi iris ilə əlaqələndirib.

    Millət vəkili Məşhur Məmmədov da düşmənin təxribatlara yol verdiyi günlərdə Tovuza səfər etdiyini, qəhrəman oğullarımızın, eləcə də, yerli əhalinin, özəlliklə gənclərin yksək əhval-ruhiyyəsinin şahidi olduğunu diqqətə çatdırıb:

    "Tovuz döyüşlərində şəhid olmuş digər şəhidlərin ailələrini də ziyarət edirik, belə ziyarətlər bizim üçün mənəvi borcdur".

    Son illər öncəbhədə düşmənə sarsıdıcı zərbələr vurmuş, şəhid olmuş bir neçə hərbçimizin Biləsuvarda böyüyüb, boya-başa çatdığını xatırladan millət vəkili, 2012-ci ildə şəhid olmuş Milli Qəhrəman Mübariz İbrahimovun qəhrəmanlığının ondan sonra gələn gənc hərbçilərimiz tərəfindən mənimsənildiyini, Rəşad kimi oğulların bunu sübut etdiyini deyib.

    RHİMİB sədri Arzu Bağırova və şəhid baş leytenantın ailə üzvləri, doğmaları da öz ürək sözlərini bölüşüblər.

    Qonaqlar şəhidin ailə üzvlərinin qayğıları ilə maraqlanıb.

    Qeyd olunub ki, hər zaman olduğu kimi, Tovuzda şəhid olmuş hərbçilərimizin ailələri də, Ali Baş Komandan cənab İlham Əliyevin və çox hörmətli Mehriban xanım Əliyevanın yüksək diqqət və qayğısı ilə əhatə olunub və dövlətin zirvəsinin bu nəcib münasibəti, hər kəs üçün də bir nümunə təşkil edir.
    Millət vəkilləri Məşhur Məmmədov və Qənirə Paşayeva şəhid Rəşad Mahmudovun evini ziyarət ediblər


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR