Nadir şahdan sonra ilk dəfə O alır!
Elə bil indiyədək heç yaşamamışıq. Gözümüz indi, məhz indi, bu günlərdə açılıb...
Nə gözəlmiş yaşamaq haqqı, sevinmək haqqı, qürurlanmaq haqqı...
Yaşamağın bir adı da Qürurmuş...
O biri adı Şərəf...
Koronaviruslu 2020-ci ili heç bəyənməmişdik, xatırlayırsınız? Hətta ömrümüzdən saymayacağımızı deyirdik. Pandemiyanın planlarımıza əngəl olmasından şikayətlənirdik.
Amma həyatımızın ən gözəl, ən dəyərli ili olmaqdadır 2020: Ən Yeni Tarix yazılır bu günlərdə...
Torpaqlarımız işğaldan azad olunur!!!
Şərəfimiz, Qürurumuz, Heysiyyətimiz yenilənir. Bərpa olunuruq sanki...
Artıq sevə bilirik! Bütün varlığımızla sevirik bu məmləkəti. Ali Baş Komandanımız 30 ildir tamarzı olduğumuz möhtəşəm duyğular yaşadır bizə.
Biz Qalib gəlirik, təsəvvür edirsiniz?!.
Biz qalibik, təsəvvür etmək belə lazım deyil, gözümüzlə görürük Qələbəni - işğaldan azad olunan Qarabağı...
Yaralı Qarabağı... Şöhrətli Qarabağı...
Cəbrayılı, Ağdərəni, Füzulini, Hadrutu, Xocavəndi....
Şuşanı, Xankəndini, Laçını, Kəlbəcəri...
Qubadlını, Zəngilanı, Ağdamı, Xocalını...
Ayaq səslərini eşidirsiniz?!
Addım-addım yaxınlaşmağımızı, qovuşmağımızı...
Bu gözəl, çox gözəl, fövqəladə gözəl və möhtəşəm günlərdə - şərəfli tariximiz yazılan bu əziz günlərdə təkrar-təkrar ifadə etdiyim və etmək istədiyim kəlmələr bunlardır: Cənab Ali Baş Komandanım, Sizi çox sevirəm!
Sizi çox sevirik!!!
Bizim Liderimiz, Xilaskarımız, Qarabağımız!!!
İlham Əliyev. Bu ölkədə Sevgiyə və Sayğıya, ən ali, ən ülvi münasibətə, rəğbətə, xoşgörüyə ən layiqli Birinci şəxs məhz odur.
Sevgilərimiz və Dualarımız Ona ünvanlıdır!!!
Çünki...
Qarabağ çox yox, 20 gün öncəyədək bizimçün arzu, xəyal və solğun ümid, hətta ümidsizlik idi.
Arzularımızı, Ümidlərimizi, Xəyallarımızı O gerçəkləşdirir!
Bayrağımızı O dalğalandırır işğaldan azad olunan torpaqlarımızda!
Tariximizi və taleyimizi dəyişdirir O. Yadların və yadellilərin bizə yazdığı dəhşətli və dözülməz tarixi-taleyi...
Adam kimi Adamdır O!
Qəhrəmandlr, qəhrəmanımızdır O!
Rəisimiz, Komutanımız, Sərkərdəmizdir. Qalib Ali Baş Komandanımızdır.
Möcüzədir varlığı. Nə yaxşı ki, var. Nə yaxşı ki, bizimdir, bizə aiddir!!!
Bayraqdır O, Ordudur O, Vətəndir O, Dövlətdir O!
Azərbaycandır O!!!
Sizi çox, çox, lap çox, hədsiz çox sevirik, Bayraq Adam, Ordu Adam, Vətən Adam, Dövlət Adam! Tanrıya sonsuz şükranlarımızın səbəbi! Bizi heçliyin, yoxluğun, gücsüzlüyün, güvənsizliyin girdabından çıxaran Adam! Birləşdirən, bütünləşdirən, bütövləşdirən Adam!
Son 250 illik tariximizdə - Nadir şahdan üzü bu yana yalnız itirdik - ərazilərimiz, coğrafiyamız kiçildi, işğal olundu, yağmalandı.
Çox səbəblər oldu - bizdən asılı olan və olmayan: daha çox olmayan...
Fəth olmadı. İtkilər oldu. Torpaq itkisi... Qürur itkisi... Mənəviyyat itkisi...
Amma indi... gözümüzün önündə baş verənlər şok effekti yaradır izlədikcə: Prezident İlham Əliyev torpaqlarımızı-itirdiklərimizi geri alır, Qarabağı fəth edir. Qürurumuzu, Şərəfimizi, Heysiyyətimizi qaytarır. Qarabağı qaytarır.
“Şuşasız olmaz” deyir!!!
Özü də “Müqəddəs Şuşa” deyir. Bilir ki, Şuşa açardır. Şuşa mənəviyyatımızın paytaxtıdır. Şuşa olmazsa, olmaz. Şuşasız olmaz!
Varlığımızın, mövcudluğumuzun, qan yaddaşımızın, ilham mənbəyimizin sirri ordadır - Şuşada...
Bu gözəlliyi, bu əzəməti, bu ruhaniyyəti təsvir və ifadə etməyə söz acizdir: Şükranlığı və minnətdarlığı; Sevgini və heyranlığı... Heyrəti... Xoşbəxtliyi... Sevinci... Fərəhi...
Boynubükük, gözləriylə kədər və iztirab daşıyan bir topluma xoşbəxtliyi və qüruru yaşatmaq... bilirsiniz, nə deməkdir?!
Heç bilirsiniz Millətə qol-qanad olmaq, nəfəs olmaq, ruh olmaq nə deməkdir?!
Millətin boyunu ucaltmaq, başını dikəltmək, köksünü qabartmaq nə deməkdir, bilirsiniz?!
Millətə can vermək, Milləti diriltmək, Yeri Göy etmək nə deməkdir, bilirsiniz?!
Bilirsiniz bu millətə Oğul olmaq, Sərkərdə olmaq, Ordu olmaq, Qəhrəman olmaq nə deməkdir?!
Bilirsiniz...
Bizim Hekayəmiz başlayıb, Millət, gözümüz aydın!
Millət, Qarabağın mübarək!
Bəxtəvərliyin, səadətin mübarək!!!
Bizim Hekayəmiz yazılır! Bu hekayəni yazana, yazdırana haqqımız halal olsun!
Min dəfə, yüz min dəfə, milyon dəfə halal olsun!!!
Doğma Adam, Əziz Adam, Böyük Adam, Qalib Adam, Qələbə Adam!!!
Bizim Adam!!!