Bu şirkət balaca Xədicəni himayəyə götürür
“İrşad Elektroniks” balaca Xədicə Şahnəzərovanı himayəyə götürmək üçün Gəncə şəhər İcra Hakimiyyətinə rəsmi müraciət ünvanlayıb.
Axar.az xəbər verir ki, müraciətdə şirkətin balaca Xədicənin yetkinlik yaşlarına (18 yaş) çatana qədər aylıq təminat xərclərini öz üzərinə götürmək istəməsi bildirilib.
Həmçinin qeyd edilib ki, Xədicə universitetə qəbul olduğu təqdirdə 4 illik təhsil haqqı “İrşad Elektroniks” tərəfindən ödəniləcək.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin gecə radələrində Gəncə şəhərinə etdiyi raket hücumu nəticəsində Şahnəzərovlar ailəsinin üç üzvü - ana Züleyxa Şahnəzərova, ata Röyal Şahnəzərov və 1 yaşlı Mədinə Şahnəzərli həyatını itirib. Ailənin digər qızı Xədicə Şahnəzərovanın isə həyatını xilas etmək mümkün olub.