Azərbaycanda son günlər koronavirusa yoluxma rekord həddə çatıb.
Mütəxəssislər isə bunun səbəbini avtobuslarda yaranan sıxlıqla əlaqələndirirlər.
Baku TV-yə müsahibəsində həkim Adil Qeybulla bildirib ki, yoluxmanın əsas mənbəyi ictimai nəqliyyatlardır:
“Bakı Nəqliyyat agentliyinin əməkdaşları küçədə maşınların fotolarını çəkmək əvəzinə, avtobuslarda qayda-qanun yaratsınlar. Əhalinin sıxlığını nəzərə alaraq xətdə əlavə avtobuslar təşkil etsinlər. Pandemiya sərhəd tanımır. İlk gündən ictimai nəqliyyatda qaydalar pozuldu”.
Ətraflı Baku TV-nin süjetini təqdim edir:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.