AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Diqqət çəkməmək üçün mini ətək geyindi – PKK-çı qadın saxlanıldı

  • + A
  • - A
  • 21-11-2020, 22:20


    İstanbul Hava Limanında keçirilən əməliyyat zamanı xarici ölkəyə qaçmaq istəyən PKK terror təşkilatının qadın üzvü saxlanılıb.

    AzadMedia.az xəbər verir ki, bu barədə türk mediası məlumat yayıb.

    İstanbul Hava Limanında xidmətdə olan polislər gecə saatlarında Braziliyanın San-Paulo şəhərinə getmək üçün pasport-nəzarəti məntəqəsinə gələn və özünü Melikə Y. kimi təqdim edən qadının hərəkətlərindən şübhələnib.

    Polis pasportu diqqətlə araşdırdıqdan sonra sənədin saxta olduğunu aşkarlayıb. Şəxsiyyət məlumatları pasportdakı məlumatları ilə üst-üstə düşməyən şübhəli saxlanılıb. Araşdırma nəticəsində onun Adanada 4 il 2 ay həbs cəzasına məhkum edilmiş 27 yaşlı Helin D. olduğu müəyyən olunub.

    Şübhəlinin ifadəsinə görə, terror təşkilatı rəhbərliyinin göstərişlərinə uyğun olaraq həbsxanaya düşməmək üçün xarici ölkəyə qaçmağa çalışıb. Diqqət çəkməməkdən ötrü əvvəlcə Braziliyaya, sonra Avropaya keçməyi planlaşdırdığı öyrənilib.

    Polis dindirməsi başa çatdıqdan sonra şübhəli həbs olunub.

    27 yaşlı qadının diqqət çəkməmək üçün mini ətək geyindiyi bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR