AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Millət vəkili Məşhur Məmmədov – “ABŞ-ın Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsi təəssüf hissi doğurur”

  • + A
  • - A
  • 17-12-2020, 19:12


    “Bir neçə gün öncə, ABŞ, Rusiyadan S-400 sistemlərinin alınması səbəbiylə Türkiyəyə bəzi sanksiyalar tətbiq etmə qərarı aldı. ABŞ-ın Türkiyəyə qarşı bu tərz sanksiyalar tətbiq etməsi, bizdə təəssüf hissi doğurur”.

    Bu barədə AzadMedia.az-a açıqlamasında Millət vəkili Məşhur Məmmədov bildirib.

    “Türkiyənin müstəqil bir ölkə olaraq öz müdafiə sistemini gücləndirmə qərarı normal qarşılanmalı və ABŞ-ın bu qərara hörmət etməsi vacib addım olmalı idi. Ancaq, ABŞ bunun əksini elədi. Əlbəttə ki, ABŞ-ın Türkiyəyə qarşı sanksiya tətbiq etməsi bizi təəssüfləndirdi. Lakin, Türkiyə əleyhinə qəbul edilən belə sanksiyaların Türkiyənin öz təhlükəsizliyi üçün lazımi tədbirləri almasına dair qətiyyətinə hər hansı bir təsir etməyəcəkdir.​​​​​

    Əksinə, Türkiyəyə qarşı atılan bu addımı ikili standartların tətbiq edilməsi kimi qiymətləndirir, S-400 hava hücumundan müdafiə sistemlərinin alınmasına görə, ABŞ tərəfindən, Türkiyəyə qarşı birtərəfli şəkildə sanksiyaların tətbiqi qərarını birmənalı olaraq qınayırıq. Bununla bərabər, Türkiyə tərəfinin bu məsələni danışıq və diplomatiya yoluyla həll edilməsi təklifinə, ABŞ tərəfindən qarşılıq verilməməsi təəssüf hissi doğurur. Ölkəmiz hər zaman olduğu kimi Türkiyənin yanında və qardaş ölkə olaraq Türkiyənin beynəlxalq hüquqa və ədalətə dayanan mövqeyini dəstəkləyir.

    Əvvəlki proseslərə nəzər salsaq, sözsüz ki, Amerikanın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaları gözlənilən hal idi. Lakin ABŞ nəzərə almalı idi ki, Türkiyə oxşar raket sistemlərini vaxtında, Amerikadan almaq istəyirdi. Hər birimizə məlumdur ki, Obama prezident olduğu dönəmlərdə Türkiyə prezidenti cənab Ərdoğana raket sistemlərini Türkiyəyə satacağını söz vermiş olsa da belə, o öz verdiyi vədi reallaşdırmadı. Elə bu səbəbdən paytaxt Ankara Moskva ilə danışıqlara başladı və bununla bağlı gərəkli razılaşma əldə olundu.

    Bu gün, S-400 raketləriylə bağlı razılaşmanın nəticəsi olaraq, ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi birtərəfli sanksyalar, beynəlxalq hüquqa və ədalətə qarşı zidd bir addımın və eyni zamanda, artıq illərdir, ABŞ-ın dünyada istifadə etdiyi qeyri-qanuni, birtərəfli məcburetmə tədbirlərinin açıq şəkildə, təzahürüdür.

    Lakin, biz əminik ki, tətbiq edilən bu sanskiyalar Türkiyə Cümhuriyyətinin öz müdafiə qabiliyyətini gücləndirmək istiqamətində atdığı addımlara maneə olmayacqdır.

    Digər tərəfdən də, Zəfər paradında cənab Əliyev və cənab Ərdoğanın birlikdə iştirakı, dünyada Azərbaycan və Türkiyə birliyinin növbəti dəfə parlaq təcəssümü idi.

    Yaxın zamanlarda, Türkiyə helikopterlərin mühərriklərini də istehsal etməyə başladı hətda tədbirdə prezident Ərdoğan özü də iştirak edirdi, bu və bunun kimi tarixi hadisələr onu deməyə əsas verir ki, Türkiyənin son dövrdə müdafiə sənayesinin inkişafı öz tarixinin pik nöktəsindədir. Lakin buna baxmayaraq, son dövrlərə qədər Türkiyə müdafiə sənayesi üçün istehsal etdiyi hərbi texnikanın bəzi detallarını ABŞ-dan alırdı. Təbiiki, bu sanksiyalardan sonra bunun mümkün olması sual altındadır. Ancaq aydındır ki, bu Türkiyə üçün əhəmiyyətli problem yaratmayacaq, ona görə ki, bu hal Türkiyənin gözlədiyi vəziyyət idi. Yəni qısacası, göz önündə olan belə reallıqlara görə, Amerikanın Türkiyə üçün ixracat lisenziyaları və maaliyyə qurumlarından müəyyən limitin üzərində kredit ala bilməz deyə tətbiq etdiyi sanskiyaları Türkiyə üçün mühüm problem yaratmayacaqdır.
    Bu gün, Amerika əvvəllər də müxtəlif türkiyəli rəsmilərə qarşı atdığı addımlardan yola çıxaraq, Türkiyənin müdafiə sənayesinə rəhbərlik edənlərə qarşı sanksiya tətbiq edib. Yəni onlara viza verilməməsi və mal varlıqlarını o ölkədə dondurması kimi. Lakin sanksiyaların əslində, heç bir təsir gücünə malik olmayacağı məlumdur.

    Ancaq hazırda, Trampdan fərqli olaraq Amerikanın yeni prezidenti Baydenin Türkiyəyə münasibəti birmənalı deyil və o sanksiyaları dəstəkləyir. Lakin mövcud sanksiyalara baxmayaraq, Ankara Vaşinqtonla normal münasibətlər qurmağa hazırdır və dialoqdan imtina etməyəcəkdir. İnanırıq ki, bu fikir qarşı tərəf üçün də keçərlidir və Türkiyənin bölgədə oynadığı rol nəzərə alınaraq müvafiq addımlar atılacaqdır.”


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR