“Ağdam rayonunda Rusiya-Türkiyə Ortaq Monitorinq Mərkəzinin tikintisi davam edir”.
Bu barədə Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının bugünkü iclasında deyib.
O qeyd edib ki, bu mərkəz üçtərəfli bəyanatda da göstərildiyi kimi, vəziyyətlə bağlı monitorinqlə məşğul olacaq.
Əliyev Ağdam şəhərinin hazırkı vəziyyətindən də bəhs edib.
“Ağdam şəhəri yoxdur. O dağıdılıb. Ağdam şəhərində yarıdağılmış məscid var. Mən maraqlandım ki, onu niyə başqa məscidlər kimi dağıtmayıblar? Dedilər ki, o, bir növ oriyentir olub. Azərbaycan ordusu bu istiqamətdə hücuma keçərsə, artilleriyanın onu vurması üçün oriyentir olub”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.