Xəbər verdiyimiz kimi, Türkiyə Milli müdafiə naziri Hulusi Akar Azərbaycanda rəsmi səfərdədir.
Busaat.az xəbər verir ki, Akar Dağlıq Qarabağdakı sülhməramlılara nəzarət edən Ortaq Mərkəzdə xidmət edəcək türkiyəli hərbçilərlə (Mehmetçik) görüşdən sonra bir daha Azərbaycan müdafiə naziri Zakir Həsənovu təbrik edib.
Bu zaman Akar və Həsənov qucaqlaşaraq bir-birinə dəstək ifadə ediblər.
Xatırladaq ki, ötən ayın əvvəli Bakıya səfəri zamanı da Hulusi Akar Zakir Həsənovla qucaqlaşaraq Zəfər münasibətilə onu təbrik etmişdi.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.