AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Vətən Müharibəsi dövründə media nümayəndələrinin də yumruq kimi birləşməsini müsbət qiymətləndirirəm - Müsahibə

  • + A
  • - A
  • 11-01-2021, 12:33


    Əziz oxucular, "Qonağımız var" layihəmizin növbəti qonağı 78 saylı Lerik seçki dairəsinin deputatı İqbal Məmmədovdur.

    - İqbal müəllim, il sizin üçün hansı hadisələrlə yadda qaldı?

    - Keçən il çox hadisə oldu. İstər şəxsi həyatda, istər bir vətəndaş, millət vəkili olaraq ölkənin ictimai-siyasi həyatına baxışda. Lakin tariximizə qızıl hərflə yazılan Vətən Müharibəsi və Zəfər Qələbəsi bütün hadisələri kölgəsində saxladı.

    - Pandemiya seçicilərinizlə görüşə mane olurmu?

    - Pandemiya nəinki seçicilərimlə görüşə, dünyanın düzəninə mane olur. Bunu birmənalı olaraq etiraf etmək lazımdır. Amma çalışıram ki, köməkçilər vasitəsilə, onlayn olsa da, seçiciləri intizarda saxlamayım.

    - Seçiciləriniz adətən sizdən hansı xahişləri edirlər? Nə dərəcədə nail olursunuz onların istəklərini yerinə yetirməyə?

    - Seçicilər elə bilir ki, deputatın bütün səlahiyyərləri var. Seçicilər başa düşməlidir ki, deputat hansısa cavabdeh qurumların işinə müdaxilə edə bilməz. Deputat yalnız istiqamət verə bilər. Təbii ki, bacardığım qədər istəklərini yerinə yetirməyə çalışıram, səlahiyyətlərim çərçivəsində.

    - Medianın fəaliyyətindən razısınızmı ? Vətən Müharibəsi dövründə medianın fəaliyyəti bir millət vəkili kimi sizi qane etdimi?

    - Media nümayəndələrinə tövsiyəm budur ki, xəbəri yazanda, mütləq qarşı tərəfdən açıqlama alsınlar. Eşitdikləri xəbəri dəqiqləşdirmədən informasiya kimi təqdim etməsinlər. Vətən Müharibəsi dövründə Vətən naminə hamı yumruq kimi birləşmişdi, eləcə də media əhli. Müsbət qiymətləndirirəm.

    - Bu il fikrinizcə ölkəmizi siyasi və iqtisadi cəhətdən nə gözləyir?

    - Zəfər Qələbəsi dövlətimizi Qafqazda söz sahibi edib. Bəzi ərazilərimizin də döyüşmədən işğaldan azad olunması siyasi cəhətdən hər şeyin yolunda olmasına işarədir Sözsüz ki, cənab Prezidentin peşəkar diplomat olması da bu situasiyalarda öz sözünü deyir. İqtisadi cəhətdən yeni neft-qaz kəmərlərimiz işə düşüb, bunlar ölkə büdcəsinə gəlir gətirəcək.

    İşğal olunmuş ərazilərdə təmir-bərpa işinin aparılması yeni iş yerləri, tikintiyə sərf olunan materialların alınması isə ticarərətin dirçəlməsi deməkdir. Ümumiləşdirsək, ölkəmiz və xalqımız üçün uğurlu il olacaq.

    - Səmimi müsahibə üçün təşəkkür edirəm.

    - Çox sağ olun.

    Elnurə Abuşova


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR