AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Nazarbayevin partiyası parlament seçkilərinin qalibi oldu

  • + A
  • - A
  • 12-01-2021, 09:12


    Qazaxıstan Respublikasının birinci Prezidenti – Elbası Nursultan Nazarbayevin başçılıq etdiyi "Nur-Otan" Partiyası ölkədə keçirilmiş parlament seçkilərində qələbə qazanıb.

    “RİA “Novosti” xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Konstantin Petrov seçkilərin yekun nəticələri ilə bağlı açıqlamasında bildirib.

    O, qeyd edib ki, Nur-Otan" Partiyası seçicilərin 71,09%-nin səsini yığıb.

    "Partiya "Nur-Otan 71,09%-dir", - Petrov deyib.

    MSK-nın məlumatına görə, yeddi faizlik baryeri həmçinin “Ak Jol (“İşıqlı yol") 10,95%-lə, “Qazaxıstan Xalq Partiyası” 9,1%-lə keçib.

    Parlament seçkilərində iştirak etmiş “Aıul” (“Kənd”) və “Adal” (“Dürüst”) partiyaları müvafiq olaraq 5,29% və 3,57% faiz səs toplayıblar.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR