AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Apple”dan “Telegram”ın tətbiq mağazasından çıxarılması tələb edildi

  • + A
  • - A
  • 19-01-2021, 09:01



    От Apple потребовали удалить Telegram из магазина приложений

    Amerikanın “Coalition for a Safer Web” (“Daha Təhlükəsiz İnternet Koalisiyası”) qeyri-kommersiya təşkilatı “Apple”dan “Telegram” messencerini tətbiq mağazasından çıxarmasını tələb edib.

    Bu barədə “The Washington Post” xəbər verir.

    Bildirilir ki, təşkilat müvafiq tələblə yanvarın 17-si məhkəməyə müraciət edib. İddiada messencer rəhbərliyi Kapitoliyə edilən hücumlar da daxil olmaqla ekstremist məzmunlu mesajlar yayan istifadəçilərə qarşı tədbir görməməkdə ittiham olunub. Onlar bu cür məzmunun “Apple”ın tətbiqetmə mağazasının istifadə şərtlərini pozduğuna diqqət çəkiblər.

    Qeyd edilir ki, bənzər bir iddianın “Google”a qarşı da qaldırılması planlaşdırılır.

    “Apple” və “Telegram” hələ vəziyyətlə bağlı açıqlama verməyib.

    Yanvarın 12-də “Telegram” ABŞ-da ən çox yüklənən ikinci tətbiq olub. Messencerin populyarlığının artması Trampın sosial şəbəkələrdəki hesablarının və ABŞ prezidentinin tərəfdarları arasında populyar olan “Parler” sosial şəbəkəsinin bağlanması ilə əlaqələndirilib.

    Digər bir səbəb isə “WhatsApp” messencerinin məxfilik siyasətindəki dəyişiklik olub.

    “Telegram”ın yaradıcısı Pavel Durov “Apple” və “Google”un “Parler”i blok etməsindən narahatlığını bildirib. Onun sözlərinə görə, bunun “Telegram” ilə baş verməyəcəyinə zəmanət yoxdur.

    O, “Safari” üçün “Telegram”ın veb versiyasının artıq hazırlandığını deyib: "Messencer “AppStore”dan çıxarılsa da, ondan istifadə edilə bilər".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR