Deputat abidə kompleksində aparılan işlərlə tanış oldu
96 saylı Goranboy-Naftalan seçki dairəsi üzrə Milli Məclisin deputatı Anar Məmmədov Goranboy rayonu Faxralı kəndində şəhidlərimizin şərəfinə salınmış abidə kompleksində aparılan tikinti işləri ilə tanış olub. Bu barədə o, facebook sosial şəbəkə hesabında paylaşım edib.
Deputatın sözlərinə görə, Goranboy rayonunda şəhid ailələrini və şəhidlərimizin məzarlarını ziyarət etməkdə davam edirik. Növbəti dəfə Faxralı kəndinin şəhidlərinin məzarını ziyarət etdik, övladları ilə fəxr duyan valideynlərin mənəvi gücünün şahidi olduq. Bir daha gördük ki, bu torpaq vətəni üçün hər şeyini qurban verməyə hazır olan igidlər yetişdirir.
Daha sonra Faxralı kəndinin ağsaqqalları və ziyalıları ilə birlikdə Şəhidlər abidəsinə baxış keçirib, ümumi müzakirələr apardıq. Onu da qeyd edim ki, bu abidə kompleksi 1941-1945-ci illərdə həlak olmuş igid oğullarımızla yanaşı, 44 günlük Vətən müharibəsinin qəhrəman oğullarının da şərəfinə yenidən abadlaşdırılır.
Sakinlərlə görüşümüz zamanı bir daha bildirdik ki, hər zaman şəhid ailələrinə xüsusi diqqət və qayğı ilə yanaşmalı, problemlərinin həlli istiqamətində hamılıqla səfərbər olmalıyıq. Vətəndaşlıq borcumuzu yerinə yetirməliyik.
Bir daha bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik!
Ruhları şad olsun!
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR