AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Aşığın sözü bitəndə dalay-dalay deyər

  • + A
  • - A
  • 28-01-2021, 17:30

    Aşığın sözü bitəndə dalay-dalay deyər

    Aşığın sözü bitəndə dalay-dalay deyər. Ölkə başçısı həmişə əllərdə bayraq olan işğal altında qalmış torpaqlar kəlməsini özünün dediyi kimi cəhənnəmə göndərdi. Hazırda işğaldan azad olmuş ərazilərdə abadlıq-quruculuq işləri aparılır. Ölkə başçısının fəaliyyətlərində pürçüm tapa bilməyənlər keçiblər dövlət rəsmilərini, deputatları qaralamağa.

    Maraqlısı, maraqlı desək kəlməni gözdən salmış olarıq, ürəkbulandıran səbəblərdən biri odur ki, zəvzək-zəvzək danışanlar özləri bu vaxta qədər dövlətin bir xeyriyyə aksiyasında iştirak etməyib, 1 yetim qarnı doydurmayıb, bir şəhid ailəsi tanımırlar. Amma hamını borclu çıxarır, hamını qaralayırlar.

    Bu dəfə qaragüruhçuların hədəfi Yasamaldan Milli Məclisə deputat seçilən millət vəkili Elnur Allahverdiyevdir. O Elnur Allahverdiyev ki, çalışdığı sirkətdə - Kontakt Home-da 12 mənzil təmannasız məcburi köçkün ailələrinə istismara verilib. Onu da qeyd edək ki, Elnur Allahverdiyev Avropada Sloveniya Respublikasının parlamentində Xocalı Soyqırımını tanıtdıran ve rəsmi tanıdılmasında bir nömrəli təşkilatçı olub. Avropanın yeganə ölkəsi Elnur müəllimin bacarıqla apardığı diplomatiya sayəsində parlament səviyyəsində 2015-ci ildə Xocalı soyqırımını tanıyıb.

    Deputat kimi də hər zaman seçicilərinin əhatəsində olan Elnur Allahverdiyev Yasamal rayonu 17 saylı ərazi üzrə küçələrin asfaltlanmasında, küçələrə işıq çəkilməsində birbaşa dəstəkçi olub, Vətən Müharibəsi dövründə şəhid, qazi və.əsgər ailələrindən maddi dəstəyini əsirgəməyib

    Kontakt Home şirkəti neçə şəhid ailəsini himayəyə götürüb. Amma ürəklərini xılt tutmuş qaragüruhlar 1 kəlmə bu təqdirəlayiq işlərdən söz açmır. Heç yerdə qeyd etmirlər ki, Elnur Allahverdiyev Yasamal rayonunda 100-dən çox seçicisinin işə düzəlməsinə yardımçı olub. Qısası, sifariş qullarına, sözü qurtarmış aşıqlara deməyim odur ki, Elnur Allahverdiyev öz əməlləri ilə çoxdan sübüt edib ki, o, Milli Məclisdə xalqını təmsil etməyə layiq şəxsiyyərdir. Bəsdir çirkin işlərlə məşğul olduğunuz, xalqa dəstək olacaq işlərin qulpundan yapışın.

    Xəlil Xəlilov


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR