Rusiyada həbslər başlayıb
Moskvada Rusiya müxalifətinin ideri Aleksey Navalnının həbsinə etiraz edən tərəfdarları küçələrə axışıb.
Moskvada etirazçılar kütləvi şəkildə "Böyük Nikita" prospekti ilə şəhərin mərkəzinə doğru irəliləyiblər.
Aksiyanın qarışısını almağa çalışan polis həbslərə başlayıb.
Hazırda Moskva və Sankt-Peterburqda həbslər davam edir.
Qeyd edək ki, Moskvanın Simonovskiy məhkəməsi Rusiya Federal Penitensiar Xidmətinin (FPX) müraciəti əsasında Aleksey Navalnı barəsində yeni qərar qəbul edib. Belə ki, Navalnı barəsində qəbul edilən şərti cəza azadlıqdan məhrum etmə cəzası ilə dəyişdirilib və o, 3,5 il müddətinə azadlıqdan məhrum edilib.