AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İşçi qrupunun növbəti iclası keçirildi

  • + A
  • - A
  • 12-02-2021, 19:15



    Azərbaycan, Rusiya və Ermənistanın baş nazir müavinlərinin növbəti iclası keçirilib.

    AzadMedia.az “Sputnik Armeniya”ya istinadən xəbər verir ki, iclas videokonfrans formatında keçirilib. Üçtərəfli işçi qrupun iclasında Azərbaycan tərəfdən Şahin Mustafayev, Rusiya tərəfdən Aleksey Overçuk, Ermənistan tərəfdən Mher Qriqoryan iştirak edib. Görüşdə Dağlıq Qarabağ və onun ətrafında təhlükəsizlik, həmçinin, regionda kommunikasiyaların bərpa olunması məsələləri müzakirə edilib.

    Xatırladaq ki, üçtərəfli işçi qrup ilk iclasını yanvarın 30-da keçirib. Həmin iclasda dəmir yolu, avtomobil və kombinə nəqliyyat üçün; təhlükəsizlik, sərhəd, gömrük, sanitariya, baytarlıq, fitosanitar və digər nəzarət növləri daxil olmaqla nəqliyyatın təmin edilməsi üzrə ekspert alt qrupların yaradılması barədə razılığa gəlinmişdi.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR