Ağcabədi sakininin əlində qumbara partladı
Ağcabədi rayonunda bədbəxt hadisə baş verib.
“Qafqazinfo”nun məlumatına görə, hadisə dünən günorta saatlarında şəhərin Heydər Əliyev prospektində qeydə alınıb.
Belə ki, rayon sakini Nicat Quliyevin əlində F-1 markalı əl qumbarası partlayıb.
Nəticədə, N.Quliyevin sol əli amputasiya olunub. Həkimlər hazırda yaralının vəziyyətinin ağır olduğunu bildirirlər.
Faktla bağlı araşdırma aparılır.