AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bu gün imzalanmış Qanun hər iki ölkə arasındakı əlaqələrin daha da yaxşılaşmasına təkan verəcək

  • + A
  • - A
  • 18-02-2021, 18:56

    Bu gün imzalanmış Qanun hər iki ölkə arasındakı əlaqələrin daha da yaxşılaşmasına təkan verəcək

    Məşhur Məmmədov,
    Milli Məclisin deputatı


    Bu gün Türkiyə və Azərbaycan “Bir millət iki dövlət” devizini bir daha isbatladı. Cənab Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol”un təsdiq edilməsi barədə Qanunu imzalayıb.

    Qanunla 2020-ci il dekabrın 10-da Bakı şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol” təsdiq edilir.

    Xatırladaq ki, Türkiyə Prezidenti hörmətli Rəcəb Tayyib Ərdoğan da “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azad etmə haqqında” sazişini təsdiqləmişdir. Sazişə əsasən, Azərbaycan vətəndaşları Türkiyədə, Türkiyə vətəndaşları Azərbaycanda 90 gün vizasız qala biləcək. Daha əvvəl bu müddət 30 gün nəzərdə tutulurdu.

    Yaxın keçmişi xatırlayaq, mayın 31-də Milli Məclisin iclasında “Regional geosiyasi qütbləşmələr və Türkiyə-Azərbaycan münasibətləri” mövzusunda keçirilən vebinarda Xarici İşlər nazirinin müavini Xələf Xələfov - Azərbaycan-Türkiyə arasında münasibətlər elə səviyyədədir ki, iki ölkə arasında viza rejimi ola bilməz. Biz bunu qarşılıqlı olaraq aradan qaldırmışıq deyərək, gediş-gəlişi asanlaşdırmağın başqa üsulları barədə danışmışdı: “Xarici İşlər naziri Ceyhun Bayramovun Türkiyəyə ilk rəsmi səfəri çərçivəsində hər iki ölkə vətəndaşlarının şəxsiyyət vəsiqəsi ilə qarşılıqlı səfərləri məsələsi qaldırılıb. Bu məsələnin həll olunması üçün işçi səviyyəsində təmaslar qurmuşuq. Biz hazırda texniki baxımdan sənədlərin razılaşdırılması ilə məşğul oluruq. Hesab edirəm ki, yaxın vaxtlarda praktiki baxımdan da buna nail olacağıq”.

    Ötən ilin son günlərində Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan və Türkiyə vətəndaşları bundan sonra viza sənədi və xarici pasport olmadan hər iki ölkəyə səyahət edə bilməsi ilə bağlı məlumat yaymışdı.

    Məlumatda bildirilirdi ki, 10 dekabr 2020-ci il tarixində, Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında qarşılıqlı olaraq vizadan azadetmə haqqında 25 fevral 2020-ci il tarixində Bakı şəhərində imzalanmış Sazişə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında 1 saylı Protokol imzalanıb. Protokol hər iki ölkənin xarici işlər nazirləri tərəfindən imzalanıb.
    Məlum olduğu kimi, bu ilin 25 fevralında imzalanmış Sazişə əsasən iki ölkənin ümumvətəndaş pasportlarına malik vətəndaşları vizasız səfər edə və ölkə ərazisində 90 gün vizasız qala bilərdi. Sazişə əlavə olaraq imzalanmış Protokol qüvvəyə mindikdən sonra iki ölkə vətəndaşları artıq şəxsiyyət vəsiqəsi və digər sərhədkeçmə sənədləri ilə vizasız səfər edə və 90 gün vizasız qala biləcəklər.

    Qeyd olunur ki, bu qayda yalnız Türkiyə ilə Azərbaycan arasında birbaşa səfər edən iki ölkə vətəndaşlarına münasibətdə tətbiq olunacaqdır. Türkiyə və Azərbaycan ərazisi vasitəsilə üçüncü ölkələrə səfər etmək istəyən vətəndaşlarımız pasportdan istifadə etməlidir.
    Vurğulamaq istərdim ki, Azərbaycan Respublikası öz tarixində ilk dəfə şəxsiyyət vəsiqəsinin sərhədkeçmə sənədi kimi istifadə olunması üçün Müqavilə imzalayıb.

    Tərəflər, habelə saxta sərhədkeçmə sənədlərindən istifadənin qarşısının alınması məqsədilə əməkdaşlıq etməyə qərar vermişlər. Bu isə iki ölkənin sərhəd təhlükəsizliyinin gücləndirilməsi sahəsində yeni imkanlar yaradacaqdır.

    Yeni Qanunun hər iki dövlətə və vətəndaşlara xeyirli, uğurlu olmasını arzulayıram, inanıram ki, Azərbaycan-Türkiyə münsibətlərində bu gün imzalanmış Qanunun xüsusi yeri və rolu olacaq, iki ölkə arasındakı əlaqələrin daha da yaxşılaşmasına təkan verəcək.

    Azərbaycan-Türkiyə dostluğu, qardaşlığı əbədidir, sarsılmazdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR