AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Paşa Talıblıdan yeni şeirlər: "Mən dərddən çıxıram evdən eşiyə..."

  • + A
  • - A
  • 25-02-2021, 23:14

    *
    Eh, mən bilə-bilə dərdi böyütdüm...
    Kim hara çıxıbdı balaca dərdnən?!
    ...şairlər də dərdin dahiləridi,
    şairlər tarixdə qalacaq dərdnən.

    Mən dərddən çıxıram evdən eşiyə...
    ...nə dünya quzudu, nə mən göyərti!
    ...dərdi səpələdim dilimin üstə—
    dilimin üstündə çəmən göyərdi!

    ...dərdin yollarını çəkib uzatdım,
    dərdin dağlarını çapmışam daha!
    Bu dərd deyilənlə məzələnirəm,
    ömrün məzəsini tapmışam daha!

    ...yeraltı yolların işığı dərddi!
    Tikilir bu saray, qalaça dərdnən.
    ...şairlər də dərdin dahiləridi,
    şairlər tarixdə qalacaq dərdnən!


    *
    (Y. Əmrəyə)

    ...Adamı aşiq eləyən
    bircə gecədə Yunusdu.
    ...nə dersə ayətlər olur,
    bais heçə də Yunusdu.

    ...hər şeyin üzü ömrədi,
    ilahi hökmə, əmrədi!
    ...hara baxırsan Əmrədi,
    bax gör necə də Yunusdu.

    ...uçurtduğum quşa dənəm,
    yarı ruham, yarı tənəm!
    ...məndən aşağıda mənəm,
    məndən ucada Yunusdu.


    Paşa Talıblı
    Rusiya, Volqoqrad şəhəri..


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR