AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Halfeti Bələdiyyə başqanı Şeref Albayrak – “Halfeti Gənclərimizi idmanla bir araya gətirməyə qərarlıyıq”

  • + A
  • - A
  • 6-03-2021, 23:00



    Abdullah Yiğit – Türkiyə

    Şanlıurfanın Halveti rayonunda bir futbol meydançasının açılış mərasimi edilərək istifadəyə verilib.

    Halfeti bələdiyə başqanı tərəfindən tikintisi başa çatdırılan sintetik səth örtüklü futbol meydançasının açılış mərasimi edilərək gənclərin istifadəsinə verilib.
    Rayonda Bələdiyyə başqanı Şərəf Albayrağın gənclər istiqamətli investisiyaları davam edir.

    Rayonun gəncləri pulsuz universitetə hazırlıq kursları keçməklə yanaşı boş vaxtlarını səmərəli keçirmək adına idman fəaliyyətlərini də davam etdirir.
    Bu gün də Halfeti rayonu Gül məhəlləsi öz futbol meydançasına qovuşub.

    Açılışa Bələdiyyə başqanı Şeref Albayrak, Məclis üzvləri, gənclər və məhəllə sakinləri qatılıb.

    Bələdiyyə Başqanı Albayrak – “Vədlərimizi bir-bir yerinə yetiririk” - deyib

    Bələdiyyə Başqanı Albayrak – “Gənclərimizi idmanla bir araya gətirməyə qərarlıyıq” – deyib.

    O, eyni zamanda - “Rayonun hər keçən gün yeni investisiyalar ilə inkişaf etdiyini və bundan sonra da mütəmadi olaraq belə açılışlarımızın sayı çox olacaq – deyə vurğulayıb. Vədlərimizi bir-bir yerinə yetiririk, vətəndaşlarımızın istəklərinə uyğun şəkildə hərəkət edərək onların dərdlərinə şərik, sevinclərinə xoşbəxt oluruq” – deyə qeyd edib.

    Başqan bununla yanaşı, “Olimpiya üzgüçülük hovuzu və gənclik mərkəzi üzrə işlər davam edir” – deyə bildirib.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR