AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Masallı Təhsil Fondu”nda hesabat xarakterli iclas keçirildi

  • + A
  • - A
  • 17-04-2021, 20:24


    17 aprel 2021-ci ildə “Masallı Təhsil Fondu”nun növbəti yığıncağı keçirildi. Yığıncaq həmişəki kimi Pandemiya qaydalarına uyğun, ara məsafəsi gözlənilməklə təşkil olunmuşdu.
    Yığıncaqda Masallı şəhər 70 saylı Seçki Dairəsinə daxil olan rayonun ümumtəhsil məktəblərinin XI sinif şagirdlərinin 23 aprel 2021-ci il tarixində keçirilən buraxılış imtahanları, azyaşlı qızların erkən nigaha girməsinin qarşısını almaqla valideynlərlə görülən işlər, 2020-2021-ci tədris ilində Dövlət universitetlərinə sənəd verən abituriyent qızlarla onlayn üsulu ilə aparılan işlərdən, 600 bal və daha yüksək nəticə göstərən abiturientlərin mükafatlandırılmasından bəhs edildi.
    Yığıncaqda “Masallı Təhsil Fondunun”nun direktoru H.Hüseynov hesabat xaralterli məlumat verdi. Bildirdi ki, Millət Vəkili Məhşur Məmmədovun təşəbbüsü ilə yaradılan “Masallı Təhsil Fondu” fəaliyyətə başladığı bir il müddətində qızların təhsilinə xüsusi önəm verməklə rayonumuzda savadlı kadrların yetişməsini həmişə diqqət mərkəzində saxlamışdır.
    Xüsusilə azyaşlı qızların erkən nigahının qarşısının alınması Fondun əsas məqsədlərindən biridir. Fondun əməkdaşları F.Abbaslı, Ə.Tağıyeva, A. Abbasova, R. Şahverdiyev, Ə. Mahmudov, M.Məmmədova, A. Şahverdiyev görülən və görüləcək işlər barədə məlumat verdilər. Masallı RTŞ-nin əməkdaşı Nazim müəllim görüşdə iştirak etdi və fikirlərini bildirdi. Sonda rayonun 25 tam orta məktəbində təbliğatı gücləndirmək məqsədi ilə qərar qəbul edildi.


    Azadmedia.az


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR