AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanla Serbiya arasında gələcək əməkdaşlıq prioritetləri müzakirə olunub

  • + A
  • - A
  • 27-04-2021, 18:03



    Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq səviyyəsində olan əlaqələr nəticəsində ticarət dövriyyəsinin 6,3 % artımı qeydə alınıb.

    Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri, Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın Azərbaycan tərəfindən həmsədri Sahil Babayev Serbiyanın xarici işlər naziri və komissiyanın Serbiya tərəfindən həmsədri Nikola Selakoviçlə onlayn formatda görüşündə bildirib.

    Azərbaycanla Serbiya arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Hökümətlərarası Komissiyanın ötən dövrdə fəaliyyətini diqqətə çatdıran Sahil Babayev Serbiya şirkətlərinin ölkəmizdə uğurlu fəaliyyətini vurğulayıb. Azərbaycan və Serbiyanın işgüzar dairələri arasında əlaqələrin, biznes sahəsində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsinin də xüsusi önəm kəsb etdiyini deyib.

    Nikola Selakoviç ölkəsinin Azərbaycanla əlaqələrin genişlənməsinə xüsusi önəm verdiyini qeyd edib. O, Serbiyanın Azərbaycanın ərazi bütövlüyünü daim dəstəkləyini, strateji tərəfdaşlığa əsaslanan əlaqələrin gələcəkdə də daim inkişaf edəcəyinə əminliyini ifadə edib.

    Görüşdə Azərbaycan və Serbiya arasında arasında gələcək əməkdaşlıq prioritetləri, hökümətlərarası komissiyanın fəaliyyəti ilə bağlı müzakirələr aparılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR