Maliyyə Nazirliyinin depozit hərracları depozit faizlərinə azaldıcı təsir göstərib.
Bunu Mərkəzi Bankın baş direktoru Şahin Mahmudzadə deyib.
O bildirib ki, banklar depozitləri likvidliyi tam təmin etmək üçün cəlb edir, Maliyyə Nazirliyinin depozitləri isə qısa müddətli likvidliyi təmin edə bilir. Ona görə də, bu, bir-birini tam əhatə etmir.
"Yay aylarının sonunda Maliyyə Nazirliyinin depozit hərracları bankların depozit faizlərinə azaldıcı təsir göstərib", - Şahin Mahmudzadə qeyd edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.