Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə magistraturaya qəbul imtahanlarında namizədlərdən "danışıq" bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat verib.
Yeniliyin nə vaxtdan tətbiq ediləcəyi məlum deyil.
Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu-ya bildirilib ki, hazırda yalnız doktorantura səviyyəsində xarici dil fənni üzrə imtahan verənlər üçün "danışıq" bacarıqlarının yoxlanılması həyata keçirilir:
"Magistraturaya qəbul imtahanında isə “danışıq” bacarıqlarının yoxlanılması növbəti, yəni 2026-cı il üçün hələ nəzərdə tutulmayıb. Bu qaydanın daha sonrakı illərdə tətbiqi ilə bağlı fikirlər mövcuddur və müzakirələr aparılır. Ümumiyyətlə DİM qəbul qaydalarında hər hansı əsaslı dəyişiklik olduqda iki il öncədən məlumat paylaşır",- deyə DİM-dən məlumat verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.