Bakı bulvarında intihar hadisəsi qeydə alınıb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Səbail rayonu ərazisində yerləşən Dənizkənarı Milli Parkda bir nəfərin özünü dənizə atması barədə məlumat daxil olub.
Hadisə yerinə cəlb olunan FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin müvafiq xilasetmə qüvvələri 1954-cü il təvəllüdlü İsmayılov Elbrus İsmayıl oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.