AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Rusiya Prezidenti İsveçrə hökuməti ilə görüşdən imtina etdi

  • + A
  • - A
  • 16-06-2021, 15:05

    Rusiya Prezidenti İsveçrə hökuməti ilə görüşdən imtina etdi

    Azadmedia.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin 16 iyunda keçiriləcək ABŞ-Rusiya zirvəsi zamanı İsveçrə səlahiyyətliləri ilə protokol görüşündən imtina edib.

    Belə ki, bu barədə “Tribune de Genève” nəşri Cenevrə bələdiyyə başçısı Frederik Perleyə istinad edərək məlumat verib.
    Onun sözlərinə görə, kanton rəhbərliyi görüşə hazırlaşsa da, Rusiya nümayəndə heyətinin istəyi ilə razılaşmalı olacaq.
    Qeyd edək ki, ABŞ və Rusiya Prezidentlərinin 16 iyunda Cenevrədəki görüşü yerli vaxtla saat 13:35-də (Bakı vaxtı ilə saat 15:05-də) başlayacaq. Görüşün başlamasından 10 dəqiqə əvvəl Putin və Bayden İsveçrə Prezidenti Gi Parmelen ilə şəkil çəkdirəcəklər. Heyətlərin iştirakı ilə Baydenlə Putinin geniş tərkibli görüşünün ilk hissəsi Bakı vaxtı ilə saat 16:55-də, ikinci hissəsi isə fasilədən sonra saat 18:40-da başlayacaq.

    Sammitin keçiriləcəyi ərazi hərbçilər tərəfindən qorunur. Bundan əlavə, havadan müdafiə üçün “Oerlikon GDF-005” zenit silahları da əraziyə yerləşdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR