AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni Qarabağı meydana gətirəcəyik - Ərdoğan

  • + A
  • - A
  • 16-06-2021, 16:12


    Dünən yol boyu işğaldan azad olunan ərazilərin halını gördük. Bunlar gəlincə işğalçı, gedərkən dağıdıcı olublar. Sadəcə bu Qarabağın kimə məxsus olduğunu bilməyə bəs edir. 30 il əvvəl azərbaycanlılar Qarabağdan çıxarkən nə evlərini yandırdılar, nə də dağıtdılar. İnsan öz evini dağıda bilməz

    Azadmedia.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan parlamentində çıxışı zamanı deyib.

    O, Qarabağın yenidən qurulmasına və bu prosesə Türkiyənin də dəstək verəcəyinə işarə edib:

    “Bərabər inşa edəcəyik və yeni Qarabağı meydana gətirəcəyik. Vəhşiliklə mədəniyyətin fərqini görmək istəyənlər gəlib Qarabağa baxsın”.

    Prezident qeyd edib ki, Türkiyə olaraq bu mərhələdə də qardaş Azərbaycanın yanında olacaq:

    “Dünən Şuşada idik. Azad Qarabağ torpaqlarında Azərbaycan bayrağının qürurla dalğalanmasının sevincini yaşadıq. Şuşa təbii sənət akademiyası kimi mədəniyyətin, incəsənətin, musiqinin yaradıldığı mərkəz olmuşdu. Molla Pənah Vaqifdən başlayaraq ədəbiyyatın mərkəzi olmuşdu. Bu şəhər dahi bəstəkar Üzeyir Hacıbəylinin, Bülbülün, Xurşid Banu Nətavanın, Rəşid Behbudovun və neçə-neçə şair və mədəniyyət xadimlərinin yurdudur. Əhməd Ağaoğlu kimi fikir adamlarının vətəni Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi və ötən günlərdə Cıdır düzündə keçirilən Xarı Bülbül musiqi festivalı dünyaya bir mesajdır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR