NATO baş katibi - Putinlə Baydenin görüşü alyansın siyasəti üçün vacibdir
Vladimir Putinlə Cozef Bayden görüşü alyansın siyasəti üçün vacibdir.
Azadmedia.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq deyib.
“İki prezidentin görüşünü vacib sayıram. NATO təhlükəsizlik məsələlərinin koordinasiyası üçün platformadır. Əlbəttə, Rusiya ilə münasibətlər fövqəladə vacibdir. Rusiya bizim qonşudur. Biz gərək onunla hətta gələcəkdə münasibətlərin yaxşılaşmasına inanmadığımız halda belə danışaq”, – deyə o bildirib.
Qeyd edək ki, Putinlə Bayden arasında biraz əvvəl görüş başlayıb.
www.AzadMedia.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
OXŞAR XƏBƏRLƏR