AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bərbərxana və gözəllik salonlarında onlayn növbə olacaq

  • + A
  • - A
  • 16-06-2021, 19:06


    Bərbərxana və gözəllik salonlarında onlayn növbə qəbul sistemi tətbiq edilməlidir.

    Bu, “Müxtəlif ticarət və xidmət sahələrində, ofislərdə koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişlər”də əksini tapıb.

    Sənəddə qeyd olunub ki, bərbər və gözəllik salonlarında iş proseslərindən əvvəl və sonra əllər mütləq yuyulmalıdır.

    Bundan başqa, bu xidmət sahələrində bərbərlər və onlarla birgə çalışan şəxslər müvafiq formalar geyinməlidir. Xidmət zamanı hər müştəri üçün ayrı önlük istifadə olunmalıdır. Əməkdaşların və müştərilərin tibbi maskadan istifadəsi də məcburidir


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR