Türkiyənin nüfuzlu “Haber Global” telekanalının efirində ölkə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan Şuşa bəyannaməsi dəyərləndirilib.
Prosesləri təhlil edən Kahramanmaraş Sütçü İmam Universitetinin professoru Toğrul İsmayıl və Türkiyənin Strateji Araşdırmalar Mərkəzinin sədri Sinan Oğan qeyd ediblər ki, ilk dəfə bir xarici dövlət başçısı işğaldan azad olunan Azərbaycan ərazilərini, xüsusən də bölgənin incisi olan Şuşanı ziyarət edib. Həmin dövlət başçısının məhz Türkiyə prezidenti olması faktı isə öz-özlüyündə tərəflər arasındakı qardaşlıq və müttəfiqlik münasibətlərinın hansı səviyyədə olmasından xəbər verir.