Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan Türkiyə Prezidenti Administrasiyasının İnsan Resursları Ofisinin rəhbəri Salim Atayla görüş keçirib.
AzadMedia.az xəbər verir ki, görüşdə insan resursları sahəsində əməkdaşlığa dair məsələlər müzakirə predmeti olub.
Türkiyə tərəfi ilə ölkəmizdə innovasiyaların təşviqinə yönəlmiş kadr potensialının hazırlanması istiqamətində birgə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.