“Azərbaycanda ali məktəblərdə təhsil alan tələbələrdən beş faizi oxuduğu universiteti bitirmir”.
Bunu təhsil naziri Emin Əmrullayev bildirib.
Onun sözlərinə görə, tələbələrin ali məktəbi bitirməməklərinin səbəbi onların ailə qurulması, sağlamlığı, davranışı və iş tapmasıdır:
“Azərbaycanda təhsil alan tələbələrin 95 faizi ali məktəbi bitirir. Başqa ölkələrdə 30-40 faiz tələbə ali məktəbə bitirmir və bu, əsasən onların imtahanları verə bilməməsi ilə əlaqədardır”.
Nazir qeyd edib ki, kreditlər tibb sahəsində və rezidenturada təhsil alanları hələlik əhatə etmir:
“Amma bu Himayəçilər Şurasında müzakirə edilməlidir və gələcəkdə əhatə dairəsi genişlənmə bilər”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.