Çinin tikinti şirkətlərindən biri 28 saat 45 dəqiqəyə on mərtəbəli bina tikib.
AzadMedia.az “New Atlas”a istinadən xəbər verir ki, şirkət prosesi əks etdirən videoçarx da hazırlayıb.
Bina “Living Building” yığma konstruksiyalar sistemindən istifadə edilməklə inşa edilib.
Modul paslanmayan polad konstruksiyalardan ibarətdir. Şirkət binanı tikmək üçün kiçik inşaat briqadasından və üç krandan istifadə edib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.