AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ-ın Florida ştatında binanın çökməsi nəticəsində ölənlərin sayı 85-i ötdü

  • + A
  • - A
  • 10-07-2021, 20:01


    ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd şəhərində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 86-ya çatıb.

    Azadmedia.az TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.

    “Dağıntılar altından daha bir neçə nəfərin cəsədini çıxardıq. Ölənlərin ümumi sayı hazırda 86 təşkil edir”, - deyə o qeyd edib.

    Dairə başçısı əlavə edib ki, 43 nəfərin taleyi naməlum olaraq qalır.

    Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb. Hadisə nəticəsində 140 nəfərin həlak olduğu bildirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR