Bakı – Şamaxı yolunda avtomobil aşıb.
Avtosfer.az-ın əldə etdiyi görüntülərdən belə məlum olur ki, yol polisi əməkdaşları həmin avtomobildə xəsarət alan 3 nəfəri patrul avtomobiliylə təcili tibbi yardım maşınlarına çatdırıblar. İnspektorlar Baş Dövlət Yol Polis idarəsinin Yol Patrul Xidməti alayının 3-cü tağımının komandiri, polis mayoru Ülfət Şükürovla əlaqə saxlayaraq hadisə barəsində məlumat verəndən sonra yaralıların yol patrul avtomobili ilə təcili yardıma çatdırılması barədə qərar qəbul olunub. Tağım komandirinin göstərişi əsasında həmin 3 nəfər yaralı, patrul avtomobiliylə Müşviq postuna çatdırılıb. Orada isə təcili yardım həkimlərinə təhvil verilib. Yaralıların təcili yardım avtomobillərinə yerləşdirilməsinə də polis əməkdaşları köməklik göstərib.
Xatırladaq ki, hadisə bu gün Bakı – Şamaxı yolunda baş verib. “KİA” markalı maşın yoldan çıxaraq aşıb və nəticədə yanıb.
Həmin görüntüləri təqdim edirik:
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.