AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan istehsalı olan daha bir məhsulun dəmir yolu ilə ixracına başlanılıb

  • + A
  • - A
  • 13-07-2021, 12:13



    Dəmir yolu xətti ilə Azərbaycanda istehsal olunan sementin xaricə nəqlinə başlanılıb.

    “Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC-dən AzadMedia.Az-a verilən məlumata əsasən, qurum ixrac rejimində növbəti növ yüklərin nəqlinə başlayıb.

    Yerli şirkət tərəfindən istehsal olunan sementin dəmir yolu ilə Gürcüstana daşınmasına start verilib. Yüklərin qonşu ölkəyə nəql edilməsi və vaqonların geri dönməsi ümumilikdə 6-7 günə həyata keçirilir.

    Qeyd edək ki, bu yüklərin daşınması üçün 50 vaqon ayırıb ki, hər ay dörd belə daşımanın həyata keçirilməsi nəzərdə tutulur.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR