AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Yoluxmanın artması ciddi tədbirlərin görülməsini tələb edir”

  • + A
  • - A
  • 21-07-2021, 21:40

    “Yoluxmanın artması ciddi tədbirlərin görülməsini tələb edir”

    Baş nazir Əli Əsədov toy mərasimlərində daha çox hansı qaydaların pozulduğunu açıqlayıb.

    AzadMedia.az xəbər verir ki, Baş nazir Əli Əsədov bu gün keçirilən Operativ Qərargahın geniş tərkibdə respublika müşavirəsində bildirib ki, əsasən Bakı şəhərinin şənliklər təşkil olunan obyektlərində əksər hallarda qaydalara əməl olunur:

    “Bununla belə: qonaqların sayına qoyulmuş məhdudiyyət nəzərə alınmır, iştirak edən şəxslərin COVID pasportu olmur, mərasimin vaxtı müəyyən olunmuş saatları keçir, sanitar-epidemioloji normalar pozulur, obyektlərdə əməkdaşların 80%-nin peyvəndlənmiş olması tələbi tətbiq olunmur.

    Oxşar hallar respublikanın başqa şəhər və rayonlarında da müşahidə olunmaqdadır. Belə mənfi halların nəticəsidir ki, son günlər ölkə üzrə yoluxmanın artımı müşahidə olunur”.

    Vurğulanıb ki, prosesin bu şəkildə davam etməsi arzuolunmaz nəticələrə aparıb çıxara bilər. Monitorinqin nəticələri, vətəndaşların çoxsaylı müraciətləri və yoluxmanın artması ciddi və təxirəsalınmaz tədbirlərin görülməsini tələb edir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR