AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tibb işçilərinin əməkhaqlarına əlavənin müddəti uzadıldı

  • + A
  • - A
  • 26-07-2021, 22:51



    Nazirlər Kabineti “Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatory-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” qərarında dəyişiklik edib.

    Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulatorpoliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına ödənilən əlavənin müddəti avqustun 1–dək uzadılıb.

    Qeyd edək ki, indiyə qədər qüvvədə olan qərara əsasən, müddətli əlavə iş vaxtına mütənasib olaraq 2020-ci il iyulun 1-dən 2021-ci il iyunun 1-dək olan müddət üçün ödənilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR