❗️TƏLƏBƏ adına hər gün bir az daha yaxınlaşan əziz abituriyentlər!!!
Bu gündən ali təhsil müəssisələrinə qəbul olunmaq üçün ixtisas seçimi başlayır. İxtisas seçimi bütün ixtisas qrupları üzrə 2021-ci il avqustun 20-dən 30-dək internet vasitəsilə aparılacaq.
Bu müddət ərzində müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək vəzifəsi durur.
❗️Düzgün ixtisas seçimi insanın peşəkar həyatıının vəsiqəsidir. Gələcəkdə qurulacaq karyera bəzən isə bütün həyat bu seçimdən asılıdır. Ölkədə aqrar sektor üçün yüksək ixtisaslı mütəxəssis hazırlayan yeganə ali təhsil müəssisəsi Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) seçdiyiniz ixtisas Sizi bu vəsiqə ilə təmin edəcək!
2021-2022-ci tədris ili bakalavr səviyyəsi üzrə qəbul ixtisasları.
?I QRUP
✅Energetika mühəndisliyi
✅Maşın mühəndisliyi
✅Elektrik və elektronika mühəndisliyi
✅Proseslərin avtomatlaşdırılması mühəndisliyi
✅Komputer mühəndisliyi
✅İnformasiya texnologiyaları
✅Meliorasiya mühəndisliyi *
✅Qida mühəndisliyi
✅Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
✅Torpaqşünaslıq və aqrokimya *
✅Torpaqşünaslıq və aqrokimya *(tədris ingilis dilində)
✅Aqronomluq(tədris azərbaycan və rus dillərində)*
✅Aqronomluq(tədris ingilis dilində)*
✅Aqronomluq**
✅Şərabçılıq*
✅Zoomühəndislik*(tədris azərbaycan və rus dillərində)
✅Yerquruluşu və daşınmaz əmlakın kadastrı *
✅Aqromühəndislik*(tədris azərbaycan və rus dillərində)
✅Aqromühəndislik**
✅Meşəçilik*
✅Balıqçılıq*
?II QRUP
✅Mühasibat
✅Mühasibat(tədris ingilis dilində)
✅Maliyyə
✅İqtisadiyyat(tədris azərbaycan və rus dillərində)
✅İqtisadiyyat(tədris ingilis dilində
✅İqtisadiyyat**
✅Menecment (alman proqramı)
✅Marketinq(tədris azərbaycan və rus dilində)
✅Marketinq(tədris ingilis dilində)
✅Biznesin idarə edilməsi(tədris azərbaycan və rus dillərində)
?IV QRUP
✅Ekologiya*
✅Bitki mühafizəsi *
✅Bitki mühafizəsi **
✅Bağçılıq və tərəvəzçilik*
✅Baytarlıq təbabəti *( tədris azərbaycan və rus dillərində)
✅Baytarlıq təbabəti *(tədris ingilis dilində)
✅Su bioehtiyatları və akvakultura*
✅Əczaçılıq**(tədris azərbaycan və rus dillərində)