Bu gün Əfqanıstandan olan 40 nəfər miqrant Bakıda icazəsiz aksiya keçirməyə cəhd edib.
Bunu açıqlamasında Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
“Aksiyada iştirak edənlər BMT Qaçqınlar üzrə Ali Komissarlığının (BMT QAK) Azərbaycandakı Nümayəndəliyinin onlara daha çox diqqət yetirməsini tələb ediblər. Aksiya icazəsiz olduğu üçün polislər həmin şəxslərlə profilaktik söhbət aparıb. Daha sonra aksiya iştirakçıları ərazidən uzaqlaşdırılıb”, - E.Zahidov bildirib.