“FUTNET YAŞAT Düşərgəsində” - Özəl
Azərbaycan Futnet federasiyası yarandığı gündən yəni 04.03.2016 cı ildən bəri öz fəaliyyətini artan temp üzrə davam etdirir.
Bu günə qədər 15-ə yaxın daxili turnir təşkil edən federassiya tərkibində olan futtennis və futvolley üzrə 6 beynalxalq turnir təşkil edib.
FUTNET - “YAŞAT fondunun şəhid övladları üçün təşkil etdiyi düşərgə barəsində eşitdiklərində federasiya rəhbərliyi qərara alıb ki, bu gözəl işə öz töhvəsini versin. Federasiyanın prezidenti Vüsal Xəlilovun birbaşa tapşırığı ilə federasiyanın baş katibi Əfqan Həmzəyev başda olmaqla bir qrup federasiya rəsmisi Lənkərana yollanıb.
Azadmedia.az-a Federassiyadan verilən məlumata görə, daima yeniyetmə və gənclərə dəstək olan Azərbaycan Fut Net Federasiyası YAŞAT fondunun dəvəti ilə düşərgədə mini turnir keçirib. Yarışda 16-18 yaş arası şəhid övladları iştirak edib. Maraqlı mübarizə şəraitində keçən turnirdə 8 komanda bacarığını göstərib. Yekunda qaliblərin adına aydınlıq gəlib.
Federasiyanın baş katibi Əfqan Həmzəyev sözlərinə görə - “Əsas məqsədin mini turnir keçirməklə yanaşı Futnet idman növünün gənclər arasında təbliğidir. Həmzəyev eyni zamanda, həmin uşaqlar həm qaydaları öyrəniblər, həm də asudə vaxtlarını belə maraqlı idman növünə həsr ediblər, deyə qeyd edib.
YAŞAT fondu ilə qarşıda işbirliyinə davam etməkdə maraqlı olduğunu deyən baş katib növbəti yarışlara YAŞAT rəhbərliyini, şəhid ailələrini və qaziləri dəvət edəcəklərini vurğulayıb. Həmçinin bundan sonra da, Azərbaycan Futnet federasiyasının belə sosial layihələrdə yaxından iştirak edəcəyini bildirib.”
Xəbər- Ülkər Piriyeva